Konfrans Liqası
283
19.08.2021, 23:00
"0:4 hesabı ilə uduza da bilərdik" - "Aberdin"in baş məşqçisi
Konfrans Liqasının "Qarabağ" - "Aberdin" (1:0) görüşündə məğlub olan Şotlandiya klubunun baş məşqçisi Stiven Qlass mətbuat konfransında çıxış edib.
"Qarabağ"a hörmətlə yanaşırıq. Onların gücünü bilirik. Lakin bu gün belə meydanda oyun göstərmək çox çətin idi. Hər iki komandanın tamam fərqli oyun sərgiləyəcəyinə inanıram. Həm "Qarabağ"a, həm də bizə meydan amili təsir etdi. Bu, oyunçuların zədələnməsinə şərait yaradır. Növbəti həftə oyun fərqli olacaq. Bizdə həvəskar səviyyədə olan komandaların meydanı bu cür olur. Belə meydanda oynamaq qəbuledilməzdi. Düşünürəm ki, hər iki komanda normal ot örtüyü olan yerdə daha yaxşı oyun sərgiləyər. Rəqibə hörmət edirik. Onlar səfərə gələcək. Bu səbəbdən şansları hələ də bərabər hesab edirəm.
İkinci hissədə daha yaxşı oynadıq. Qələbə qazanmaq, bərabərlik topunu vurmaq istəyirdik. Düşünürəm ki, 0:4 hesabı ilə uduza da bilərdik. Çox futbolçu sarı vərəqə aldı. Növbəti matçda 6 nömrəli oyunçunuz Patrik Andrade iştirak etməyəcək".