Konfrans Liqasının pley-offunun "Aberdin"lə (1:0) oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
"Yenə futbolçuları təbrik etmək istəyirəm. Bəzi səbəblərə görə tam yaxşı oyun göstərməyə söz vermirdim. Sona yaxın rəqibi öz meydanımızda qəbul edirdik. Oyun ərzində topa biz nəzarət edirdik. Rəqib uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq. Fiziki cəhətdən möhkəm rəqibdi. Cütün taleyi cavab görüşündə həll olunacaq. Yaxşı komandaya qarşı səfərdə daha çox güc sərf etməliyik. Azarkeşlərə təşəkkür etməmək düzgün olmaz. Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar.
Oyunda səbr çox vacibdi. Futbolçuları diqqətli olmağa çağırırdım.
Meydan amili barədə nə isə demək çətindi. “Aberdin” fiziki cəhətdən güclüdü, uzun toplardan istifadə edir. Amma topla oynamağı da xoşlayır. Ot örtüyü hər iki komandaya maneə törətdi. Səfərdə də meydanın durumu hər iki tərəf üçün eyni olacaq. Biz qalib gəlmişik. Meydana uyğun oyun qurmuşduq. Hər il bu vaxtlar ot örtüyü ilə əlaqədar problem olur. Cavab matçından sonra xeyli fasilə yaranacaq. Bundan sonra meydanın durumu yaxşılığa doğru getməlidi. Problemlə üzləşsək, hər hansı dəyişikliyi düşünmək olar".