“Volfsburq” gözlənilən sanksiyaya mərus qalıb: Almaniya kubokundan kənarlaşdırılıb.
Buna məşqçilər heyətinin 1/8 finalın “Proyssen” ilə avqustun 8-də keçirilən oyununda 6 əvəzetmə etməsi səbəb olub. Qaydalara görə isə bu turnirdə yalnız 5 əvəzetməyə icazə verilir. Nəticədə “Volfsburq” əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın əlavə vaxtında iki top vurmaqla sonda 3:1 hesabıyla qalib gəlsə də, turnirdən diskvalifikasiya edilib. “Proyssen”in etirazından sonra isə Almaniya Futbol İttifaqı (AFİ) “Volfsburq”a 0:2 hesablı texniki məğlubiyyət verib.
Bundesliqa təmsilçisi AFİ-nin sanksiyasından apellyasiya verib.