"Bavariya" ilə qazanılması mümkün olan bütün kubokları əldə edən Robert Levandovski yeni macəra axtarışındadı.
"Football-plus.az" saytının məlumatına görə, polşalı hücumçu 35 yaşı tamam olmadan klubu tərk etmək istəyir. Levandovski bu arzusunu rəhbərliyə bildirib. 33 yaşlı hücumçu ilə "Çelsi" və "Real" maraqlansa da, "Bavariya"nın futbolçunun sərbəst qalma məbləğini 117 milyon etməsi transferə əngəl törədir.
Qeyd edək ki, Levandovskinin klubu ilə müqaviləsi 30 iyun 2023 ildə başa çatacaq.