
Manşet / Avro kuboklar
1 004
19.08.2021, 13:05
"Qarabağ" - "Aberdin" oyununa nə qədər bilet satılıb? - RƏSMİ
Bu gün Konfrans Liqasının pley-offunda "Qarabağ"da doğma meydanda "Aberdin"i qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılamaya hələlik 8 min bilet satılıb.
Bu məlumatı "Football-plus.az" saytına açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Klub rəsmisi matç başlayana kimi bu rəqəmin 10 min olacağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Aberdin" qarşılaşması bu gün saat 20.00-da start götürəcək.
İLKİN SULTANLI