Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Sinquefield Cup"da ikinci oyununu keçirib.
“Football-plus.az” saytının məlumatına görə, qara fiqurlarla oynayan millinin lideri Pyotr Svidlerlə heç-heçə edib. 1 xalla 5-7-ci pillələri bölüşən Məmmədyarovun növbəti rəqibi Rixard Rapport (Macarıstan) olacaq.
Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının 5-ci mərhələsi olan turnirdə 10 şahmatçı mübarizə aparır. Avqustun 28-dək davam edəcək yarışın mükafat fondu 325 min dollardı. Qalib 90 min dollar qazanacaq.