
Avro kuboklar
356
19.08.2021, 10:00
"Qarabağ"ın yeni transferi "Aberdin"ə qarşı oynaya biləcək?
"Qarabağ"ın yeni transferi, seneqallı İbrahim Vadji "Aberdin" ilə baş tutacaq qarşılaşmalarda iştirak edə biləcək.
"Football-plus.az" saytının məlumatına görə, hücumçu Ağdam təmsilçisinin sifariş ərizəsinə daxil edilib.
Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə ilk matçını bu gün evdə, cavab qarşılaşmasını isə avqustun 26-da səfərdə keçirəcək.