Şənbə günü ölkə çempionatı start götürdü.
Özü də azarkeşlərin iştirakı ilə. Azarkeşlər 2020-nin martından bəri ilk dəfə stadiona buraxılmışdı.
Onlar iyulda, yəni avrokubok oyunlarında tribunalarda yerlərini aldılar. Hamını isə bir sual düşündürürdü: premyer-liqa görüşlərinə azarkeş buraxılacaqmı? PFL prezidenti Ramin Musayev də çempionatın püşkatmasında bu haqda danışmışdı. O, stadionun tutumunun müəyyən həcmində azarkeş buraxılması üçün Operativ Qərargaha müraciət olunacağını söyləmişdi. İlk turdan əvvəl tribunaların 50 faizinə qədər tamaşaçının buraxılacağı deyildi. Lakin bazar günü keçirilən “Zirə” – “Qarabağ” oyununda anlaşılmazlıq baş verdi. Belə ki, ağdamlıların azarkeş qrupu “İmarət Tayfa” tribunaya buraxılmadı.
Stadionda nə baş verdiyini öyrənmək üçün fanklubun idarə heyətinin üzvü Elnur Quliyevlə danışdıq: