Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”lə üz-üzə gələcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Azərsun Arena”da jurnalistlərlə görüşdü.
“Football-plus.az” saytının məlumatına görə, 49 yaşlı mütəxəssis oyun ərəfəsində rəqiblə bağlı fikirlərini bölüşdü, media əhlinin suallarını cavablandırdı.

"Çox vacib oyuna çıxacağıq. Rəqibin açıqlamalarından da görünür ki, çox inamlıdılar, qalib gəlməyi düşünürlər. Bu da onların güclərinə inanmasından irəli gəlir. Əlbəttə, biz də çox istəkliyik. İlk oyunu doğma meydanda keçirməyimizə baxmayaraq, hər şeyə cavab matçında aydınlıq gələcək. Futbolçularımız rəqibi yaxından tanıyırlar. Son vaxtlar oyunçularımız çox istəklidilər. Sabah daha artığını etmək lazım olacaq. Bəlkə də sabah meydanda baxımlı oyundan çox mübarizə iə dolu bir matç izləyəcəyik. Çox səbirli olmalıyıq ki, rəqibin verəcəyi boşluqlardan istifadə edək və özümüz də boşluq verməyək".


- “Aberdin”in ən təhlükəli silahı nədi?
- Fiziki göstəricilərdə yaxşıdılar, standart vəziyyətlərdə təhlükəlidilər. Topla davranmağı xoşlayırlar. Çox rahat qol vurmaq bacarıqları var. Bəzən heç nədən qol epizodu yarada bilirlər. Mübarizə aparmağı xoşlayırlar. Hər şeydə diqqətli olmalıyıq. Hər epizoddan maksimum yararlanmağı bacarırlar. Bütün komponentlərdə diqqətli olmalıyıq.

- Stadionun ot örtüyünün durumu sizi qane edir?
- AEL-lə oyudakından yaxşı olmayacaq. Çox istərdik ki, yaxşı meydanda oynayaq. Çox nüanslar buna mane olur. Topla davranmaqda çətinlik çəkəcəyik. Rəqibin başqa üstün cəhətləri var. Hava toplarından yaxşı istifadə edirlər. Bunun qarşısını almağa çalışacağıq.

- “Aberdin”in baş məşqçisi martda ABŞ-dan Şotlandiyaya üz tutub. Onun Avropa futbolunu yaxından tanımamasını üstünlüyünüz kimi qəbul etmək olar?
- Bu gün dünya futbolu inkişafdadı. Avropada işsiz qalan təcrübəli mütəxəssislər ora yollanır və biliklərini orda həyata keçirirlər. Rəqibin baş məşqçisi cavandı, istəklidi. Hər rəqibə qarşı fərqli oyun üslubu var. Oyunun gedişində ciddi rotasiyalar edir. Bu üzdən futbolçularım həddən artıq diqqətli olmalıdılar. Bunların hamısını təhlil etmişik. Təkcə mübarizə aparmaq yox, düşünmək də vacib olacaq.

- “Aberdin” avrokuboklarda bir, daxili çempionatda başqa sistemlə meydana çıxır. Yəqin ki, rəqibi təhlil edərkən bu məqama diqqət yetirmisiz. Sizcə, sabah Şotlandiya təmsilçisi “Qarabağ”a qarşı hansı sistemlə oynayacaq?
- Onu deyə bilmərəm. Aşağı-yuxarı hansı sistemlə oynasa da, meydanda 11-in 11-ə çıxış edirsən. Eyni sistemdə oynayan komandaya qarşı 3-4 oyun keçirsən, ona qarşı oynamaq daha rahat olur. İnşallah, sabah daha çox hücum edən tərəf olmağa çalışacağıq.

- “Aşdod”, AEL və “Aberdin”dən hansı daha maraqlı və güclüdü?
- Buna cavab vermək bəlkə də düzgün çıxmaz. Amma hər birinə qarşı çətinliklərimiz oldu. Müqayisə etmək çətindi. Hamısı ciddi rəqib idi. Hərəsinin öz oyun fəlsəfəsi var. Onlara qarşı düzgün hazırlaşdıq. Ola bilər ki, “Aberdin” bir az üstündü. Amma o birilərini də zəif saymıram.

- Bu mövsüm oyunlarda 1 qoldan çox vura bilməməyiniz sizi narahat etmir?
- Çox qol vurmaq istərdik. Biz azarkeş üçün oynayırıq. Azarkeş qələbə ilə yanaşı, qollardan da həzz alır. Qarşımızda duran rəqib də boşluq vermir ki, istədiyimiz qədər qol vura bilək. Bütün rəqiblər bizə həddən artıq ciddi yanaşır. Bu, bir tərəfdən sevindirsə də, işimizi də çətinləşdirir. Əvvəllər bizi çox ciddiyə almırdılar, bu da meydanda işimizi asanlaşdırırdı. Çox qol vurmağı özüm də xoşlayıram. Futbolçularımın daha yaxşı performans sərgiləmələrini və çox qol vurmalarını istərdim. Ancaq belə turnirlərdə qol buraxmamaq da çox vacibdi. Bu üzdən həm hücumda, həm də müdafiədə oynamaq önəmlidi.

- Azarkeşlər həm sizin, həm də komandanın təcrübəsinə böyük ümid bəsləyir. Sabahkı oyunda qələbəyə söz verə bilərsiz?
- Heç vaxt söz verməmişəm ki, mütləq qalib gələcəyik. Həmişə söz vermişəm ki, komandam yaxşı mübarizə aparacaq. Qalibiyyət üçün ən yaxşısını etməyə çalışacağıq. Mən də futbolçularıma güvənərək deyirəm ki, sabah azarkeşlər oyundan razı qalacaqlar.

- AEL-lə oyunda Kadi Borqes meydana çıxandan sonra komandada canlanma yarandı. Həmin matçdan sonra həmçinin Riçard Almeydanın da gündən-günə “artırdığını” demişdiz. Onlardan hansını sabah start heyətində görə bilərik?
- Təkcə gündən-günə yox, oyundan-oyuna da “artırmaq” lazımdı. Hər ikisini meydanda görə bilərik. Daha yaxşı səviyyəyə gəlib çıxıblar.

- Hücumçu axtarışlarınız hansı mərhələdədi?
- Ən pik mərhələdədi. Çox axtarırıq, danışıqlar gedir. Tezliklə müsbət nəticə də ola bilər. Konkret cavab gözlədiyimiz bir neçə oyunçu var. Bu, təkcə hücum yox, müdafiə və yarımmüdafiə mövqeyinə də aiddi. Bəzən düşünmədiyimiz elementlər ortaya çıxır, danışıq yarımçıq qalır.

- Necə olur ki, legionerlər Azərbaycandan kasıb olan Moldovaya üz tutur, “Şerif” heyətinə samballı futbolçular dəvət edə bilir, ancaq Azərbaycan klubları “futbolçu gəlmir” deyib, dad edirlər?
- Bu suala cavab vermək bəlkə çətin olacaq. “Şerif” illərdi legionerlərə üstünlük verir. Hər il 15-20 legionerləri olub. Bizdə xeyli bacarıqlı legionerlər olub. Yəqin ki, dünənki matça görə deyirsiz. Neçə illər idi ki, pley-offa düşə bilmirdilər. Hər bir komandanın pik nöqtəsi olur. Ola bilsin, “Şerif” bu mövsüm həmin dönəmdədi. Bizə oyunçu gəlmə məsələsində problem olur. Azərbaycana gəlmək istəyən legioner azdı. Əvvəllər həddən artıq çox oyunçu əldə edə bilirdik, təkliflər gəlirdi. Bu say get-gedə aşağı düşür. 5-6, hətta 10 legioneri olan klubumuz var. Bəzən bizdən, digər klublarımızdan asılı olmayan məqamlar olur. İstənilən halda, ən yaxşısını etməyə çalışırıq.

- Sabiq futbolçunuz Aylton Silva ilə maraqlanırsız?
- Belə bir danışığımız olmayıb.

RƏŞAD

Son xəbərlər

Fransa pley-offda, Argentina ilk qələbəsini qazandı - YENİLƏNİB

Mbappe bu 3 əfsanəni geridə qoydu

Levandovski ən yaxşı seçildi

Lukaku Belçikanın heyətinə qayıdır

Neymar ilə Danilonun aqibəti müəyyənləşdi

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Ronaldo rekordlardan doymur

Valensiya DÇ tarixində bunu bacaran 4-cü futbolçu oldu

Sərdar Azmundan ''Fənərbaxça'' etirafı

Hakim Cavid Hüseynova hansı sözünə görə qırmızı vərəqə verib? - AÇIQLAMA

Mundiallar tarixində 3-cü qapıçı oldu

Milli komandanın yeni rekordçusu oldu

Fransalı oyunçu sıraya döndü

Dünya çempionatında ardıcıl 8-ci məğlubiyyət

Azarkeç DÇ-nin oyunu zamanı dünyasını dəyişdi

İdmançımız dünya oyunlarında gümüş medal qazandı

Dünya çempionatının finalında İT menecer olacaq azərbaycanlı ilə MÜSAHİBƏ

Tofiq Həbibin qohumu ilə döyüşmək istəyir

Məşqçisi Cokoviçin sirrini açdı

Oğul Rafael ata Rafaelin həyatını dəyişib

Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlandı

"Qarabağ" - "Zirə" matçının biletləri satışa çıxarılır

Prezident cinsi zorakılıqda suçlandı və istefa verdi

15-ci turun təyinatları bəlli oldu

Azərbaycan klubu dünya çempionatında oynayan futbolçunu transfer etmək istəyir

Mundialla erkən vidalaşdı

Entoni Devis klub rekordunu təkrarladı

Veteran futbolçu dünyasını dəyişdi

Ernandes əməliyyat olundu

Saniyədə 20 min paylaşım!

Bu dəfə himni oxudular, fitə basıldılar

Oveçkin 790-a çatdı

İdmançımız qızıl medal qazandı

Antonun komandasından növbəti qələbə

Ronaldoya daha bir müştəri

Niderland Ekvador matçında qollu sülh - VİDEO

“Çikaqo” “Boston”un qələbə seriyasını qırdı

Ponomaryov: “Bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq” - MÜSAHİBƏ

Qətər - Seneqal matçında 4 qol - VİDEO

"Kuboku qazanmaq istəyirik" - "Səbail"in futbolçusu

"Bu bizi qətiyyən qorxutmur" - Mirabdulla Abbasov

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşdü

Mundiallar tarixində ilk

Cokoviç özünü hamıdan yaxşı sayır

“İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək” - 1:8 hesabı ilə uduzan millimizin üzvü

Bütün xəbərlər