
Premyer-liqa / Manşet
317
18.08.2021, 13:15
"Neftçi"nin futbolçusu sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxıb - RƏSMİ
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Tədbirdə premyer-liqasının 1-ci turunda baş verənlər hadisələrlə bağlı qərarlar verilib.
“Sabah” – “Səbail” oyununda meydan sahiblərinin 20 nömrəli futbolçusu Mikels Coy-Lens qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Neftçi” – “Qəbələ” oyununda "ağ-qaralar"ın "80" nömrəli oyunçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün flaqman 800 manat cərimə olunur.