ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının 5-ci mərhələsi başlayıb.
“Football-plus.az” saytının məlumatına görə, Şəhriyar Məmmədyarov "Sinquefield Cup" adlı mərhələdə qara fiqurlarla ilk oyununu keçirib. Uesli So (ABŞ) ilə partiyanın gedişində səhvə yol verən millinin lideri sonra vəziyyəti düzəldərək rəqibin üstünlüyünü minimallaşdırıb. Nəticədə tərəflər 50-ci gedişdə heç-heçəyə razılaşıb.
Məmmədyarov bu gün gecə Pyotr Svidlerlə (Rusiya) münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, "Sinquefield Cup"da 10 şahmatçı iştirak edir. Avqustun 28-dək davam edəcək mərhələnin mükafat fondu 325 min dollardı. Qalib 90 min dollar qazanacaq.