Ötən gün Almaniya Superkubokunun qalibi bəlli olub.
“Football-plus.az” saytının məlumatına görə, “Siqnal İduna Park”da keçirilən görüşdə Dortmund “Barussiya”sı ilə əzəli rəqibi “Bavariya” üz-üzə gəlib.
Qarşılaşma iki komanda ilə yanaşı, 9 nömrələr - Erlinq Holannla Robert Levandovskinin rəqabəti cəhətdən də mühüm önəm daşıyırdı.
Gərgin keçən mübarizədə qalib tərəf “Bavariya”olub. Münhen təmsilçisi Levandovski (2) və Tomas Müllerin vurduğu qollarla 3:1 hesabı ilə qələbə qazanıb. “Borussiya”nın heyətində isə Marko Roys fərqlənib.
Beləliklə, “Bavariya” tarixində 9-cu dəfə Almaniya Superkubokunu başı üzərinə qaldırıb.