Neftçi” Konfrans Liqasının pley-offunda İsrail “Makkabi”siylə (Hayfa) üz-üzə gələcək.
Rəqibin Bakıya gəliş vaxtı bəlli olub. Bu məlumatı “Futbol+”ə açıqlamasında “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib. Klub rəsmisinin sözlərinə görə, Hayfa təmsilçisi bu gün axşam saatlarında Bakıda olacaq. “Makkabi” “Hilton” otelində məskunlaşacaq. Klubla birgə ölkəmizə oyunu işıqlandırmaq üçün jurnalistlər təşrif buyurmayacaq.
Qeyd edək ki, ilk oyun avqustun 19-da, cavab görüşü isə 26-da keçiriləcək.
İLKİN SULTANLI