Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı keçirilir.
“Football-plus.az” saytının məlumatına görə, ilk iki yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilərin mübarizəsində mükafatçılar müəyyənləşib. Təəssüf ki, hər üç finalçımız uduzaraq Azərbaycan himnini səsləndirə bilməyib.
Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb. Finalın bir addımlığında yerli pəhləvana məğlub olan Novruzov ümidini bürünc medala bağlayıb. Bu gün Qazaxıstan güləşçisiylə qarşılaşan Nurəddin rəqibinə uduzaraq 5-ci yerlə kifayətlənib.
Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib. ABŞ təmsilçisinə də gücünü göstərən Zirəddin finala çıxıb. Bayramov həlledici görüşdə yerli güləşçiyə məğlub olub və gümüş medalı boynundan asıb.
Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb. Cəbrayıl finalın bir addımlığında Rusiya güləşçisini də məğlub edib. Finalda İran pəhləvanıyla gərgin keçən mübarizədə minimal fərqlə uduzan milli üzvü dünya ikincisi olub.
Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb. Əşrəf Qazaxıstandan olan rəqibinə də heç bir şans tanımayaraq adını finala yazdırıb. Həlledici görüşdə İran güləşçisiylə qarşılaşan Aşırov rəqibinə məğlub olaraq dünya çempionatında ölkəmizə 3-cü gümüş medalı qazandırıb.
57 kq
1/8 final. Nurəddin Novruzov - Simone Piroddu (İtaliya) 11:6
1/4 final. Nurəddin Novruzov - Daştseren Purvee (Monqolustan) 12:2
yarımfinal. Nurəddin Novruzov - Ramazan Baqavudinov (Rusiya) 0:7
3-cü yer uğrunda görüş. Nurəddin Novruzov - Assiljan Yessengəldi (Qazaxıstan) 6:12
65 kq
1/8 final. Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan) 8:2
1/4 final. Zirəddin Bayramov - Giorgi Tçoladze (Gürcüstan) 16:5
yarımfinal. Zirəddin Bayramov - Reynald Bartlet (ABŞ) 6:2
final. Zirəddin Bayramov - Şamil Məmmədov (Rusiya) 1:4
70 kq
1/8 final. Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan) 13:3
1/4 final. Cəbrayıl Hacıyev - Kevin Makota (İsveç) 10:0
yarımfinal. Cəbrayıl Hacıyev - Stanislav Svinoboyev (Rusiya) 6:1
final. Cəbrayıl Hacıyev - İrfan Elahi (İran) 5:6
79 kq
təsnifat. Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya) 10:0
1/8 final. Əşrəf Aşırov - Munxdavaa Bayarmunx (Monqolustan) 10:0
1/4 final. Əşrəf Aşırov - Məhəmməd Abdullayev (Qırğızıstan) 4:2
yarımfinal. Əşrəf Aşırov - Maxambet Nurjaubayev (Qazaxıstan) 11:3
final. Əşrəf Aşırov - Məhəmməd Noxodilarimi (İran) 5:7