"Aberdin" "Qarabağ"la Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun biletlərini satışa çıxarır.
“Football-plus.az” saytının məlumatına görə, 22 min tamaşaçı tutumuna malik "Pittodri" stadionunda baş tutacaq görüş üçün 18 min bilet nəzərdə tutulub. Qiymətlər 6-32 funt-sterlinq aralığında dəyişir.
Qeyd edək ki, “Aberdin” - "Qarabağ" oyunu avqustun 26-da Şotlandiyada keçiriləcək.