
Dünya futbolu
260
17.08.2021, 16:30
Abraham “Roma”lı oldu
Temmi Abraham artıq İtaliya paytaxtındadı. “Çelsi”nin hücumçusunun “Roma”ya gözlənilən keçidi rəsmiləşib.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İtaliya klubu bu transfer üçün 40 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Abraham “Çelsi”nin yetirməsidi. Bu komandada peşəkar karyerasına 2016-cı ildə başlayıb. Amma elə həmin ildə “Bristol Siti”yə icarəyə verilib. Növbəti iki mövsümü analoji statusla “Suonsi” və “Aston Villa”da keçirən Temmi doğma komandasında yalnız 2019-cu ildən top qovmağa başlayıb. Ötən mövsüm meydana çıxdığı 32 oyunda 12 qol vuran və 6 məhsuldar ötürmə verən hücumçu göy futbolkada premyer-liqada 58 oyuna 21 qol vurub.