UEFA Azərbaycan klublarına ödəniş edib.
AFFA-nın rəsmi saytının məlumatına görə, qurum Çempionlar Liqası və Konfrans Liqasının 2021/22 mövsümünün təsnifat mərhələsində iştirak edən komandalarımıza müəyyən vəsait ayırıb.
Pullar AFFA-nın vasitəçiliyi ilə "Neftçi", "Keşlə", "Sumqayıt", "Qarabağ"ın hesabına köçürülüb.
Köçürülən məbləğ belədi:
"Neftçi - 200 min avro, "Keşlə" - 450 min avro, "Sumqayıt" - 450 min avro, "Qarabağ" - 100 min avro.