"Marsel"in futbolçusu Luan Peresin başına qəribə hadisə gəlib.
Belə ki, 27 yaşlı müdafiəçinin mənzili qarət olunub. Təxminən gecə saat 1 radələrində cinayətkarlar evə daxil olaraq əşyaları oğurlayıblar. Mediaya açıqlama verən futbolçu ona dəyən ziyanın 20 min avro olduğunu qeyd edib.
Qeyd edək ki, dünən keçirilən "Marsel" - "Bordo" matçı 2:2 hesabı ilə başa çatıb.