ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour” seriyasının 4-cü mərhələsinə yekun vurulub.
“Football-plus.az” saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov blitsdə də etimadı doğrultmayıb. Son 9 oyunda 3 qələbə qazanan, 2 heç-heçə edən milli üzvü 4 görüşdə məğlub olub. Beləliklə, Məmmədyarov rapid və blits turnirlərinin ümumi nəticəsinə əsasən 17 xalla 6-cı yeri tutub. Təmsilçimiz həmçinin 9 min 500 dollar qazanıb.
Qeyd edək ki, mərhələnin qalibi 24 xal toplayan Hikaru Nakamura (ABŞ) olub