"Neftçi" Konfrans Liqasının pley-off mərhələsində doğma azarkeşlər önündə İsrailin "Makkabi" klubunu qəbul edəcək.
"Bakcell Arena"da baş tutacaq oyunöncəsi mətbuat konfransları və açıq məşqlərin tarixi bəlli olub. "Ağ-qaralar"ın baş məşqçisi Samir Abasov media mənsublarının önünə avqustun 18-də, 19.30-da çıxacaq. Daha sonra isə 20.00-da media nümayəndələri üçün komandanın açıq məşqi olacaq.
Həmin gün "Bakcell Arena"da saat 17.30-da Hayfa klubunun çalışdırıcısı Barak Baxarın mətbuat konfransı və 18.00-da komandanın açıq məşqi baş tutacaq.
Qeyd edək ki, "Neftçi" - "Makkabi" matçı avqustun 19-da, 21.00-da başlayacaq.