
İdman
244
16.08.2021, 14:40
Bu ölkə Paralimpiadaya qatılmaqdan imtina edir - Tokio-2020
Əfqanıstan yığması Yay Paralimpiya Oyunlarına qatılmaqdan imtina etmək istəyir.
"Football-plus.az"ın məlumatına görə, buna səbəb ölkədə başverənlərdi. “Taliban” qruplaşması dünən Əfqanıstanı tam nəzarətə götürüb.
"Kyodo"ya Beynəlxalq Paralimpiya Komitəsindəki (BPK) mənbədən məlumat verilib. BPK rəsmisi mövcud durumda Əfqanıstan millisinin Yaponiyaya getmək imkanlarının olmadığını bildirib.
Qeyd edək ki, Tokio-2020 Paralimpiadası avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.