Liqa 1-də xoşagəlməz hadisə baş verib.
"Bordo" və "Marsel" klublarının qarşılaşmasında üzücü an yaşanıb. Belə ki, ev sahibi komandanın 23 yaşlı hücumçusu Samuel Kalu matç zamanı huşunu itirərək yerə yıxılıb. Bir müddət sonra ayılan nigeriyalı əvəzlənib.
Xatırladaq ki, Samuel Kalu 2018-ci ildə 8,5 milyon avro qarşılığında "Bordo" klubuna transfer olunub. O, 76 oyunda 9 qol vurub.