Azərbaycan premyer-liqasının 1-ci turunun “Səbail”lə matçı “Sabah”ın futbolçusu Cosqun Diniyev üçün əlamətdar olub.
O, Bakı klubunun heyətində 50-ci çempionat matçına çıxıb. Diniyev debüt etdiyi 2018/19 mövsümündə 13, 2019/20 "futbol ili"ndə isə 14 matçda şans qazanıb.
O, ötən çempionatda 22 dəfə meydanda olub. Əvvəlki üç turnirdə 49 dəfə meydana çıxan Coşqun son iki mövsümün hərəsində 1 dəfə fərqlənib.
O, klub tarixinə premyer-liqada 50 və daha çox oyun keçirən 3-cü futbolçu olub. Yalnız Saşa Stamenkoviç (60) və Filip İvanoviç (55) daha çox şans qazanıb.