"Sabah" Futbol Akademiyasının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev Zaqreb "Dinamo"sunda məşqlərini davam etdirirlər.
Hər iki futbolçu Xorvatiya klubunun aşağı yaş qruplarının heyətində yoxlama oyununda iştirak ediblər. Həmzəalı Zaqreb təmsilçisinin U-17 komandasının heyətində HASK-ın 19 yaşlı futbolçularına qarşı matçda (10:0) meydana çıxıb. Xəyal isə “Dinamo”nun U-18 komandasının heyətində “Kustoşiya” klubunun 19 yaşlılarına qarşı oyunda (4:0) şans qazanıb. Əliyev bu görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, millimizin də üzvü olan hər iki futbolçu “Sabah” və “Dinamo” klubları arasında, 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.