"Zirə” ötənmövsümkü səhvləri təkrarlamamalıdı. "Qarabağ” daha təcrübəli olsa da, bilirik ki, buraxdığı səhvlər həddən artıq çoxdu".
Bu sözləri "Football-plus.az"a açıqlamasında Tərlan Əhmədov deyib. Təcrübəli mütəxəssis Azərbaycan premyer-liqasının 1-ci turu çərçivəsində baş tutacaq "Zirə" - "Qarabağ" görüşü haqda fikirlərini bildirib. O, qarşılaşmanın heç-heçə bitəcəyini bildirib:
"Düzgün taktika seçilsə, rahat xal almaq mümkündü. Bunun üçün “Zirə” rəqibinə boşluq verməməli və təzyiq göstərməlidi. “Qarabağ”ın nəyə qadir olduğuna bələdik. Ağdam təmsilçisi əsas gücünü “Aberdin”lə oyuna saxlayacaq deyə, “Zirə” fürsətləri yaxşı dəyərləndirsə, qələbə də qazana bilər. Amma fikrimcə, qarılaşma bərabərliklə nəticələnəcək”.
SƏNƏM FƏRHADOVA