Ufuk Budakın yeni klubu bilinib.
Millimizin müdafiəçisi TFF 1-ci liqada çıxış edən "Bursaspor"a keçib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ufukun son klubu "Altınordu" olub. "Yaşıl timsahlar" müdafiəçi ilə yanaşı "Neftçi"dən Namik Ələskərovu da heyətinə qatıb.