
Dünya futbolu
304
15.08.2021, 12:50
Almaniyada Haland şousu davam edir
Almaniya çempionatında 1-ci tura start verilib.
İlk mərhələnin ən baxımlı oyunlarından biri Dortmund "Borussiya"sı ilə "Ayntraxt" arasında baş tutub. 7 qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Dortmund təmsilçisinin futbolçusu Erlinq Haland bu oyunda da uğurlu çıxışı ilə yadda qalıb. Norveçli hücumçu 2 qol, 3 assistlə komandasının qələbəsində əsas pay sahibi olub.