"Atletiko"dan ayrılan Dieqo Kostanın yeni klubu məlum olub.
"Football-plus.az"ın məlumatına görə, hücumçu karyerasını Braziliyada davam etdirəcək. O, "Atletiko Minyero"da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Kosta yanvar ayından komandasız idi.