Yeniyetmələr arasında dünya və 2 qat Avropa çempionu Aydın Süleymanlı qrossmeyster normasını yerinə yetirib.
"Football-plus.az" xəbər verir ki, FİDE bununla bağlı rəsmi saytında məlumat yerləşdirib.
Qeyd edək ki, 16 yaşlı şahmatçı ötən il keçirilən “Aeroflot open” turnirinin qalibi olmaqla hamını təəccübləndirmişdi.