
Yığma / Manşet
1 248
14.08.2021, 20:40
Krivotsyukdan 1 qol, 1 assist - VİDEO
Polşa çempionatında 4-cü tura start verilib.
Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) bu turda səfərdə “Pyast”la qarşılaşıb. Görüş 4:3 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Azərbaycanlı futbolçu bu görüşdə iştirak edib. O, start heyətdə meydan daxil olub və sonadək oynayıb. Millimizin üzvü 38-ci dəqiqədə 0:2 hesabı ilə geridə olan komandasının 1-ci qolunu vurub. O, eyni zamanda 79-cu dəqiqədə qol ötürməsi də verib. Beləliklə, Anton Polşa təmsilçisində ilk qolunu vurub.
“Visla” hazırda 3 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb. Qarşılaşmanın geniş icmalını təqdim edirik: