PSJ-nin yeni transferi Lionel Messinin yeni komandasında debütü bir qədər gecikəcək.
Ulduz futbolçu Liqa 1-in 2-ci turunun “Strasbur”la bu gün keçiriləcək oyununda oynamayacaq.
Bu haqda Paris klubunun baş məşqçisi Maurisio Poçettino açıqlama verib. O, argentinalı hücumçunun tətildən qayıtdıqdan sonra yalnız iki dəfə məşq etdiyini bildirib. 49 yaşlı mütəxəssis 34 yaşlı futbolçunun özünü tam hazır hiss etdiyi vaxt oynayacağını söyləyib.
Yeri gəlmişkən, PSJ-nin daha bir yeni oyunçusu Serxio Ramosun da debütü gecikəcək. Təcrübəli müdafiəçi zədə səbəbindən azı sentyabrın 12-nə qədər oynamayacaq. Klubun mətbuat xidmətinin məlumatında belə deyilir:
“Ramos tədricən məşqlərə başlayır. Onun milli komandaların oyunları üçün sentyabrın əvvəlində nəzərdə tutulan fasilədən sonra meydana qayıdacağı gözlənilir”.