“Barselona”nın La Liqanın yeni mövümündəki ilk ev oyununu 30 min azarkeş izləyə biləcək.
Yerli səhiyyə orqanları avqustun 15-də keçiriləcək “Real Sosyedad”la oyuna “Nou Kamp”ın tutumunun 50 faizi həcmində azarkeş buraxılmasına icazə verib ki, bu da 29803 nəfər deməkdi. Biletlərin 85 faizi sosyos arasında yayılacaq, qalan 15 faizi “blauqrana”nın tərəfdaşları önündəki öhdəliklərinə gedəcək.
Bu, “Barsa”nın son 17 ayda evdə - azarkeşləri önündə keçirəcəyi ilk oyun olacaq. Maraqlıdı ki, ötən il martın 7-də keçirilən sonuncu belə oyunda da rəqib “Real Sosyedad” olub.