
Dünya futbolu
274
14.08.2021, 11:00
Messi İspaniyadan gedib, amma...
Lionel Messi artıq PSJ-də məşqə çıxır, komandaya uyğunlaşır. İspaniyada isə hələ də ondan danışırlar.
La Liqanın prezidenti Xavyer Tebas bir daha bu mövzuya toxunub:
“Barselona” Messiyə qədər başqa futbolçulara imza atdırmışdı. La Liqada həmişə yaxşı futbolçuların oynamasını istəyirik. Messinin gedişi ağrılıdı. Laporta uzun müddət deyirdi ki, hər şey yaxşı gedir, ancaq bir anda işlər pozuldu. İstənilən halda, La Liqanın bazar cəlbediciliyini artırmaq üçün çox iş görmüşük. Növbəti dörd mövsüm üçün yayın hüququnu satmışıq, həmin müqavilədə La Liqanın Messisiz dəyərini itirməsinə dair bənd yoxdu. “Barselona”nın fanatları klubu Leo ilə də izləyirdilər, Leosuz da izləyəcəklər. Yaxınlarda ESPN ilə 8 illik müqavilə bağlamışıq. Orda oyunçularla bağlı öhdəliklər yoxdu”.
“Barsa”nın sabiq baş məşqçisi Luis Sesar Menotti də Messinin gedişindən danışıb:
“Oyunçular Messinin yoxluğunu hiss edəcək, onlara çətin olacaq. “Barselona” hələ də “Barselona” olduğunu sübut etməyə çalışacaq. Axı Messinin elə Messi kimi qalacağı dəqiqdi. “Barsa”nın Messinin vaxtındakı kimi nəticələr göstərib-göstərməyəcəyini bilmirəm. Əlbəttə, İspaniya çempionatı indi məni Qvardiola və ya Luis Enrikenin “Barselona”sının oynadığı dövrlə müqayisədə daha az cəlb edir. Daha sonra kataloniyalıları Messi xilas edirdi. Messisiz “Barsa” məni maraqlandırmayacaq. Əlbəttə, Messi də “Barsa” üçün darıxacaq. Ancaq yendən meydana çıxan kimi xoşbəxtliyi hiss edəcək. Onun yeni komandasında Argentinada çoxlu dostu olacaq, hələ Neymar da var”.
Təbii ki, Leonun gedişini ən çox hiss edəcək şəxs Ronald Kumandı. “Barsa”nın baş məşqçisi bu mövzuda geniş açıqlama verib:
“Anlamaq lazımdı ki, hər şeyin bir sonu var. Səhifəni çevirmək lazımdı, indi yeni mövsümə köklənməliyik. Yeni futbolçularımız var, irəli baxmaq lazımdı. Bu il heyətə düşəcək gənc futbolçularımız klubun gələcəyidi. Son günlər yaşananlara yox, buna köklənmək lazımdı.
Messi ilə bağlı durumun mürəkkəb, La Liqanın onu klubda saxlamaq imkanının olduğunu bilirdim. Ancaq əlbəttə, Messinin bir daha komandada çıxış etməyəcəyini biləndə təəccübləndim. Və anladım ki, hər şey klubdakı maliyyə durumu üzündən pisləşib. Biz hansısa adi futbolçu yox, Lionel Messi haqda danışırıq. Uzun illər ərzində dünyanın ən yaxşı futbolçusu olan birinin gedişindən təsirləndik. Ancaq nə etmək olar? Yeni mövsüm qapıdadısa, məyusluğa dəyməz”.
Messi ilə bağlı durumun mürəkkəb, La Liqanın onu klubda saxlamaq imkanının olduğunu bilirdim. Ancaq əlbəttə, Messinin bir daha komandada çıxış etməyəcəyini biləndə təəccübləndim. Və anladım ki, hər şey klubdakı maliyyə durumu üzündən pisləşib. Biz hansısa adi futbolçu yox, Lionel Messi haqda danışırıq. Uzun illər ərzində dünyanın ən yaxşı futbolçusu olan birinin gedişindən təsirləndik. Ancaq nə etmək olar? Yeni mövsüm qapıdadısa, məyusluğa dəyməz”.
Bəs Messinin yoxluğunda “Barsa” üçün qolları kim vuracaq? Kuman bu suala da cavab verib:
“Əlbəttə, qol vurmağımız çətinləşəcək. Messi ötən mövsüm 30 qolla yadda qaldı. İndi başqa futbolçuların özünü göstərmək növbəsidi. Fati və Koutinyo da zədədən dönəndən sonra möhkəm heyətimiz olacaq. Hədəflərə çatmaq üçün inadla çalışacağıq. Keçid dövründəyik. Mövsümün əvvəli ağır olacaq. Hələ də koronavirusla bağlı problem, zədəlilərimiz var. Yaxşı mövsümöncəsi hazırlıq keçdik, hamı zədədən dönəndən sonra güclü heyətimiz olacaq. “Barsa”nın hədəfləri həmişə eynidi – titullar, çempionluqlar qazanmaq, Çempionlar Liqasında uğurlu oynamaq. “Barselona” kimi komandaların titullara iddia etmədiyi mövsüm keçirmədiyini bilirik. Ancaq futboldan anlayan adamlar dərk edirlər ki, bu dəfə bizim üçün hər şey çətin olacaq”.