
Dünya futbolu
279
14.08.2021, 10:55
Van Diyk də imzaladı
Fabinyo və Alisson Bekerdən sonra “Liverpul”da daha bir oyunçu ilə müqavilə yeniləyib.
Aparıcı müdafiəçilərdən Vircil van Diyk də rəhbərliyin yeni təklifini müsbət cavablayıb.
Niderland yığmasının üzvü klubu ilə 4 illik yeni sözləşməyə qol çəkib. 30 yaşlı mərkəz müdafiəçisi 2025-ci ilin yayına qədər mersisaydlılara xidmət edəcək. Qeyd edək ki, Vircil “Liverpul”a 2018-ci ildə 85 milyon avroya “Sauthempton”dan keçib.