ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının 4-cü mərhələsi keçirilir.
“Football-plus.az” saytının məlumatına görə, yarış iştirakçıları rapid üzrə növbəti 3 turda üz-üzə gəliblər. Şəhriyar Məmmədyarov ABŞ təmsilçiləriylə oynayıb. Cefri Ksionqla heç-heçə edən yığmanın lideri Sem Şenklendə uduzub, Lenyer Domingesi üstələyib.
6 turdan sonra hesabında 6 xal olan Məmmədyarov 3-7-ci pillələri bölüşür. Lider Fabiano Karunanın (ABŞ) hesabında 9 xal var.
Bu gün gecə başlayacaq növbəti 3 turla rapid mərhələsinə yekun vurulacaq. Şəhriyar Rixard Rapport (Macarıstan), Uesli So ilə Fabiano Karuana (hər ikisi ABŞ) qarşılaşacaq.