“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama vaxtı bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, hər iki təmsilçimiz ilk matçda rəqiblərini Bakıda qəbul edəcək. Görüşlər avqustun 12-si baş tutacaq.
İlk öncə meydana “Qarabağ” çıxacaq. "Köhlən atlar" saat 20.00-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Aberdin”lə üz-üzə gələcək. Bir saat sonra isə “Neftçi” - “Makkabi” oyunu “Bakcell Arena”da start götürəcək.
Klublarımız cavab qarşılaşmalarını avqustun 26-da səfərdə keçirəcək. Bu dəfə ilk olaraq mübarizəyə “Neftçi” qoşulacaq. Azərbaycan çempionu Bakı vaxtı ilə saat 21.00-da Hayfadakı “Sammi Ofer” stadionunda “Makkabi”nin qonağı olacaq. 22.45-də isə "Aberdin” – “Qarabağ" matçı başlayacaq.