Rüfət Dadaşov yenidən Almaniyada çıxış edəcək.
“Football-plus.az” saytının məlumatına görə, 30 yaşlı hücumçu "Şalke-04"ün ikinci komandasına keçib. Xəbəri klubun rəsmi saytı yayıb.
Rüfət Regional Liqada çıxış edən komanda ilə müqavilə bağlayıb. Amma anlaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, son olaraq ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən yığmamızın hücumçusu Almaniyada "Kayzerslautern", "Saarbrükken", Berlin "Dinamo"su və "Pröyssen"də də oynayıb.