Mövsümlərarası fasilədə “Turan Tovuz”dan ayrılan İlham Yadullayev işsiz qalmaqla yanaşı, daha bir problemlə üzləşib.

Bildiyiniz kimi, Yadullayev hazırda davam edən PRO kateqoriyalı kurslarda iştirak edir. Qaydalara əsasən klubsuz qalan, heç bir peşəkar komandanın “sükanı arxasında” olmayan mütəxəssisə təhsilini artırmağa icazə verilmir. Bəs görəsən, İlham bəy bu məsələ ilə bağlı nə düşünür, problemin həlli yolunda hansı addımları atacaq? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün qərb təmsilçisi ilə birinci divizionda bürünc medal qazanan mütəxəssislə danışmağı lazım bildik.

- “Turan Tovuz”dan ayrılandan sonra hansısa klubdan təklif almısız?

Xeyr. Hələ ki işsizəm.


- Siz həm də mayda başlayan PRO kateqoriyalı məşqçi kurslarına qatılmısız və bir neçə modulda iştirak etmisiz. Ancaq qaydalara əsasən peşəkar komandada çalışmayan məşqçiyə PRO kurslarına qatılmağa icazə verilmir. Bu haqda nə düşünürsüz, məsələni necə həll etmək istəyirsiz?
Bəli, bu yöndə çətinlik var. Hələ ki gözləyirəm. Növbəti modulda kurslarda iştirak edən hər bir məşqçi komandasının mövsümə hazırlıq, illik məşq planını təqdim etməlidi. Mən də iş başında olsaydım, çalışdırdığım komandanın planını təqdim edəcəkdim. Lakin elə alındı ki, bu gün komandasızam və digər mütəxəssislərlə müqayisədə belə problemlə üzləşmişəm. Ümidimi itirməmişəm. Növbəti modulun başlamasına müəyyən qədər vaxt var. İnşallah, yaxşı olar.


- Şər deməsən, xeyir gəlməz. Növbəti modula qədər işsiz qalsaz, belə çıxır ki, kurslara qatılmaq üçün ödədiyiniz vəsait də batacaq...
İndidən belə bədbin fikirlər səsləndirməyək. Bəzi variantlar var ki, onlardan istifadə etmək mümkündü. Görək necə olur? Açığı, heç bu barədə indiyədək düşünməmişəm (gülür).


- Sizdən sonra “Turan Tovuz”a Rövşən Babayev baş məşqçi təyin olundu. Xələfiniz Tovuzda uğur qazana biləcək?
Həm rəhbərlik, həm azarkeşlər, həm də yeni baş məşqçi adına xeyirli-uğurlu olsun. Məncə, Rövşən müəllim Tovuzda uğur qazana biləcək səviyyədə məşqçidi. O işlədiyi bütün klublarda nəticə verməyi bacarıb. Ümid edirəm ki, Tovuzda da bunu bacaracaq və ümidləri doğruldacaq.


- Klub rəhbərliyi qəzetimizə açıqlamasında bu ildən strategiyanı dəyişəcəklərini, daha çox gənclərə şans verəcəklərini bildirib. Sizcə, gənclərdən qurulan kollektiv yeni mövsümdə nəsə əldə edə bilər? Onu da nəzərə almaq lazımdı ki, tovuzlu azarkeşlər daim komandalarından nəticə tələb edirlər. Onlara strategiya, klub siyasəti maraqlı deyil...
Tovuzda istedadlı uşaq çoxdu. Rəhbərlik də hələ mən orda olanda akademiya ilə bağlı xeli iş gördü. Yerli və yaxın bölgələrdəki perspektivli gəncləri komandaya dəvət etmək fikirində idilər. Akademiyanın rəhbəri Adil Şükürov təyinatı reallaşan gündən bu yöndə çalışır. Azarkeşlərə gəlincə, bunu düz qeyd etdiz. Tovuz camaatı futbolu bilir və futbolla nəfəs alır. Ötən mövsüm pandemiya səbəbindən stadiona azarkeş buraxılmasa da, tərəfdarlarımız tez-tez bizimlə görüşür, komandanın durumu ilə maraqlanırdılar. Ondan əvvəlki mövsüm Tovuz stadionunda təmir gedən vaxtlarda “Turan Tovuz” ev oyunlarını Şəmkir Olimpiya Kompleksində keçirirdi. Azarkeşlər hər ev oyununda yanımızda olurdu. Komandanın Tovuzda yox, Şəmkirdə oynaması heç hiss olunmurdu. Yəqin onlar da klubun siyasətini dəyişdiyini biləndən sonra komandadan çox şey tələb etməzlər. İnanıram ki, indi 16-17 yaşı olan yerli gənclər bir-iki ilə “Turan Tovuz”u yeni səviyyəyə çıxarmağı bacaracaqlar. Sadəcə, onlara güvənmək və etimad göstərmək lazımdı. Bu addım gec-tez atılmalıydı. Tovuz futbolunun əvvəlki şöhrətini özünə qaytarmaq üçün mütələq komandanın özəyini yerli uşaqlar təşkil etməlidi.


-İki təmsilçimiz bu gün avrokubokda cavab oyununa çıxacaq. “Neftçi” və “Qarabağı”ın şanslarını dəyərləndirməyinizi istərdik.
Əvvəlcə hər iki klubumuza cavab oyunlarında uğurlar arzulayıram. Şanslardan danışsaq, məncə, Qurban Qurbanovun komandası növbəti mərhələyə adlayacaq. Çünki “Qarabağ”ın təcrübəsi və ustalıq səviyyəsi bunu söyləməyə əsas verir. İlk görüşdə azarkeşlərin futbolçularımıza qarşı aqressivliyini də unutmaq olmaz. Yəqin Ağdam klubunun futbolçuları soyuqqanlı davranıb, öz oyunlarını oynayacaqlar. Və vuracaqları qollarla yunan azarkeşlərin cavabını verəcəklər. “Neftçi”nin işi isə bir qədər çətin görünsə də, şans itməyib. HİK oyun intizamını gözləyən, müdafiədən hücuma sürətlə keçən hazırlıqlı komandadı. Onların burda vurduğu iki qol güclərindən xəbər verir. İnanaq ki, Samir Abasovun yetirmələri Helsinkidəki matçda HİK-i yaxşı mənada təəccübləndirib, Bakıya mərhələ keçən komanda kimi qayıdacaq.


RƏŞAD

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər