Rafiq Hüseynov Paris Olimpiadasında da güləşmək istəyir - AÇIQLAMA
Tokiodan bürünc medalla dönən Rafiq Hüseynov dayanmaq fikrində deyil.
“Football-plus.az” saytının məlumatına görə, 33 yaşlı yunan-Roma güləşçisi Paris Olimiadasına da qatılmaq istəyir:
“Azərbaycana medal gətirdiyimiz üçün hər birimiz sevinirik. Bu yalnız bizim yox, Azərbaycanın qələbəsidi. Əlbəttə, həm müharibə, həm də pandemiya dönəmi idmana da təsir etdi. Qızıl medal qazana bilməsək də, ölkəyə mükafatsız qayıtmadığımız üçün çox sevinirik. Medal qazanmayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram. Bundan sonra daha bir Olimpiadada güləşmək fikrindəyəm. 33 yaşım var. Qalib gələ bilirsənsə, davam etmək şərtdi. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadı. Əsasən də olimpiya medalı. Çalışacağıq ki, 3 il hazırlaşaq və növbəti dəfə “qızıl” qazanaq”.
Avropa çempionu Tokioda keçirdiyi görüşlərə də toxunub: “Keçirdiyim 4 qarşılaşmanın hər biri ağırvə prinsipial idi. Hər rəqibə qarşı xüsusi hazırlaşmışdım. Əsas məqsədim medal qazanmaq idi ki, ona da yiyələndim”.