
Aktual / İdman
272
12.08.2021, 13:20
Hacı Əliyev fikrini dəyişdi - AÇIQLAMA
Tokio-2020-də gümüş medal qazanan Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin əhatəsinə düşüb.
“Football-plus.az” saytının məlumatına görə, 3 qat dünya çempionu dəstəyə görə hamıya təşəkkür edib: "Olimpiadanın gümüş medalını qazandığım üçün çox sevinirəm. Amma sözsüz ki, "qızıl"a çox az qalmışdı. Şükürlər olsun, medalsız qayıtmadım. Allah hamıdan razı olsun. Uğurlarımda çoxlarının payı var. Hamıya təşəkkür edirəm”.
Maraqlıdı ki, 30 yaşlı güləşçi Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzi ilə üzləşdiyini deyib. Halbuki yaponla dueldən dərhal sonra hər şeyin qaydalar çərçivəsində olduğunu açıqlamışdı:
"Əlbəttə, belə bir şey var idi. Hamı gördü ki, mənə qarşı bir az haqsızlıq oldu. Bununla bağlı qarşıdakı günlərdə ətraflı danışacağıq".
Hacı gələcək karyerası ilə bağlı qərar vermədiyini bir daha söyləyib:
"Bir az istirahət etdikdən sonra yekun qərarımı verəcəm. Tokio Olimpiadasındakı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın zəfəridi".