Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan futbol tarixinin rəmzi heyətini açıqlayıb.
“Football-plus.az” saytının məlumatına görə, rəmzi heyətdə yalnız ötənlərin tanınmış futbolçular yer alıb. Siyahıya müstəqillik dönəmində parlayan heç bir oyunçunun adı salınmayıb.
Qapıçı: Sergey Kramarenko
Müdafiəçilər: Rafiq Quliyev, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Yaşar Babayev
Yarımmüdafiəçilər: İqor Ponomaryov, Nazim Süleymanov
Hücumçular: Kazbek Tuayev, Anatoli Banişevski, Ələkbər Məmmədov, Yuri Kuznetsov
Qeyd edək ki, siyahıdakı bütün futbolçular SSRİ vaxtında "Neftçi"nin heyətində oynayıb. Yalnız Nazim Süleymanov həm də müstəqilliyimizi bərpa olunandan sonra Azərbaycan milli komandasında çıxış edib.