Vaxtilə Azərbaycan futbolunda sözünü deyənlərdən olan Cavid Hüseynov hazırda işsizdi.
Karyerası ərzində “Turan Tovuz”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Dəmirspor”, “Qəbələ” kimi klublarda çıxış edən yarımmüdafiəçi azad agendi. 33 yaşlı futbolçu son olaraq “Qəbələ”də çıxış edib.
Bu yöndə yenilik olub-olmadığını öyrənmək üçün Cavidlə əlaqə saxladıq. Futbolçu heç bir klubla razılığa gəlmədiyini, bu üzdən gözləmə mövqeyi tutduğunu söylədi. Onu da sözlərinə əlavə etdi ki, nə olur-olsun, birinci divizion klublarına üz tutmayacaq.
SƏNƏM FƏRHADOVA