Lionel Messini əldən verməyin üzüntüsünü yaşayan ''Barselona'' gənc türkiyəli oyunçulara maraq göstərir.

Bilindiyi kimi, ''Barsa'' bu yay Vyana ''Rapid''indən qürbətçi türkiyəli Yusuf Dəmiri heyətinə qatıb. Yoxlama maçlarında pis təsir bagislamayan 18 yaşlı futbolçunun yeni mövsümdə əsas komandada oynayacağı gözlənilir.

''TRT Spor'' telekanalının yaydığı məlumata görə, Kataloniya nəhəngi ''Dəmir'' soyadlı daha bir gənc türkiyəlini transfer etmək üzrədi. Söhbət ''Kayserispor''un yetirməsi olan və karyerasını bu klubda davam etdirən 2004-cü il təvəllüdlü Əmrə Dəmirdən gedir. Şayiələrə inansaq, tərəflər artıq beşillik anlaşma əldə edib. Kayseri klubunun bu satışdan nə qədər qazanacağı açıqlanmasa da, Əmrənin ''Barsa''dakı illik məvacibinin 600 min avro olacağı deyilir.
Qeyd edək ki, Əmrə Dəmir Türkiyə çempionatları tarixində qol vuran ən gənc futbolçudu. 2019/20 mövsümünün 11-ci turunda, daha dəqiq desək, 2019-cu il noyabrın 9-da Əmrə ''Gənclərbirliyi'' ilə səfər oyununun ikinci hissəsində meydana çıxdıqdan cəmi 3 dəqiqə sonra vurduğu qolla tarixə düşmüşdü. Həmin vaxt o, 15 yaş 9 ay 25 günlük idi. Hucumameyilli yarımmüdafiəçi kimi oynayan futbolçu ümumilikdə ''Kayserispor''un heyətində forma geydiyi 31 rəsmi görüşdə 3 qol, 1 məhsuldar ötürməylə yadda qalıb. Bu keçid baş tutsa, Əmrə Dəmir Rüştü Rəçbər, Arda Turan və Yusuf Dəmirdən sonra ''Barsa''da forma geyən 4-cü türk futbolçu olacaq.

Qeyd edək ki, 1998-in yayında ''Barsa''da Seyit Cem Ünsal adlı türkiyəli oyunçu da baxışda olub və hətta yoxlama oyunlarında qol da vurub. Amma həmin vaxt onun keçidi baş tutmamışdı.

Son xəbərlər

"Futbolçular özlərini peşəkar və soyuqqanlı apardılar” - Qurban Qurbanov

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

Bütün xəbərlər