Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.
AFFA-nın məlumatına görə, həmyerlimiz, Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda hakimlik edəcək.
Qeyd edək ki, avqustun 20-dən 25-dək davam edəcək matçlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. C qrupunda “Tirana”, “Haladaş” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.