Beynəlxalq dərəcəli hakimlər Ernest və Emil Ağakişi qardaşları EHF-dən təyinat alıblar.
“Football-plus.az” saytının məlumatına görə, onlar sabah başlayacaq 19 yaşadək həndbolçular arasında Avropa çempionatında ədaləti qoruyacaqlar.
Xorvatiyanın evsahibliyi etdiyi qitə birinciliyinə avqustun 22-də yekun vurulacaq.