
Lukaku adını futbol tarixinə yazdırdı
''Çelsi'' Avropada bu yayın ən diqqətçəkən transferlerindən birinə imza ataraq ''İnter''dən Romelu Lukakunu heyətinə qatıb. Bu keçid londonlulara 115 milyon avroya başa gəlib. Artıq Londonda olan belçikalı forvard tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. ''İnter'in ötənilki çempionluğunda mühüm rol oynayan 28 yaşlı futbolçu karyerasında ikinci dəfə ''Çelsi''yə transfer olunub. Lukaku daha öncə 2011-in avqustunda 15 milyon avroya ''Anderlext''dən ''Çelsi''yə keçmişdi. Amma həmin vaxt o, ''zadəganlar"ın heyətində 15 rəsmi oyunda bir qol da vura bilməyərək ümidləri dogrultmamış və klubdan ayrılmaq məcburiyyətində qalmışdı.
Yeri gəlmişkən, bir maraqlı məqamı da vurğulayaq. İndiyə qədər müxtəlif klublar Lukakunun icarəsinə və transferinə ümumilikdə 327,56 milyon avro ödəyiblər. Lukaku karyerası ərzində ona görə ödənilən ümumi məbləğ baxımından Neymara məxsus rekordu yenilənəyərək adını futbol tarixinə yazdırıb! Artıq qeyd etdiyimiz ''Çelsi''nin 2011-də ödədiyi 15 milyon avrodan başqa bu futbolçu üçün ''Everton'' 35,86 milyon avro, ''Mançester Yunayted'' 84,7 milyon avro, ''İnter'' 74 milyon avro ödəmişdi. ''Çelsi''nin ən son 115 milyon avro ödəməsi ilə məbləğ 327,56 milyon avroya çatıb. Neymara görə isə ''Barselona'' 88,2 milyon avro, PSJ 222 milyon avro ödəmişdi. Yəni belçikalı üçün indiyə qədər ümumilikdə 310,2 milyon avro xərclənilib.