Zlatan İbrahimoviçin son durumu ilə bağlı yeni xəbər yayılıb.
“Milan”ın zədəli futbolçusu növbəti mövsümün əvvəlində meydana çıxa bilməyəcək.
“La Gazzetta dello Sport”un məlumatında 39 yaşlı hücumçunun hələ də komanda ilə məşqlərə başlamadığı və fərdi hazırlıq prosesi keçdiyi bildirilir. O, bu səbəbdən A seriyasının 1-ci turunun “Sampdoriya” ilə avqustun 23-nə təyin olunan oyununu buraxacaq. İbrahimoviçin 2-ci turun “Kalyari” ilə matçında (29 avqust) da iştirak etməmək ehtimalı çoxdu. Mayın 9-da keçirilən “Yuventus”la oyunda dizindən zədə alan və iyunda əməliyyat olunan isveçli bu səbəbdən Avropa çempionatında oynaya bilməmişdi. Zlatanın sentyabrda iş başında olacağı gözlənilir.
Bu arada “Liverpul”un oyunçusu Endryu Robertsonun da yeni mövsümün startını buraxacağı məlum olub. “Atletik”lə yoxlama matçında (1:1) zədələnən şotlandiyalı müdafiəçinin təxminən 2-3 oyun buraxacağı dəqiqləşib. Baş məşqçi Yürgen Klopp bu barədə belə açıqlama verib: “Şanslı olduğumuzu düşünürəm. Çünki onun zədəsi daha ciddi ola bilərdi”.