Transfer çalışmaılarını davam etdirən “Sumqayıt”ın “Zirə” ilə yoxlama matçında müdafiənin sağ cinahında iranlı futbolçunu baxışdan keçirdi.
Şənbə günü baş tutan görüşdən sonra “Footbal-plus.az” saytına açıqlama verən komandanın baş məşqçisi Ayxan Abbasov “Traktor”un yetirməsi olan oyunçu ilə bağlı qərarın qarşıdakı günlərdə veriləcəyini söyləmişdi. Bu gün etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən, “kimyaçılar” müdafiəçinin xidmətinə ehtiyac duymayıblar. Futbolçu tibbi baxışdan uğurla keçə bilməyib və bu üzdən onunla müqavilə bağlanmayıb.
RƏŞAD