“Mançester Siti” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
"Football-plus.az" saytının məlumatına görə, “şəhərlilər” bu dəfə Con Stonsla razılıq əldə edib.
Mançester təmsilçisi mərkəz müdafiəçisi ilə gələn ilin yayına qədər olan müqavilə müddətini daha 5 il uzadıb. 27 yaşlı futbolçunun həftəlik maaşı 250 min funt-sterlinq olacaq.
Qeyd edək ki, Stons 2016-cı ildən “Mançester Siti”də çıxış edir.