Cümə axşaml Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Qarabağ" AEL-i qəbul edəcək.
Qarşılaşmaya maraq kifayət qədər çoxdu. Oyunun keçirilməsinə 2 gün qalmasına baxmayaraq artıq satış üçün nəzərdə tutulan biletlərin 7 mini satılıb. Bu barədə məlumatı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Football-plus.az" saytına açıqlamasında verib.
Qeyd edək ki, oyun avqustun 12-də saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İLKİN SULTANLI